Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Zaqatalada vətəndaşlarla görüşəcək

22 may 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rüstəm Şahbazov 25 may 2019-cu il tarixdə saat 10-da Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edəcək.

Qəbulda komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı:Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi: (02425) 5-51-96, (02422) 4-00-63

Keçidlər