Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü külək və dolu Zaqatalada ciddi fəsadlar törədib

20 may 2019 | 16:00

Mayın 19-dan 20-nə keçən gecə Zaqatalada güclü külək, yağış və dolu nəticəsində rayonda su, təbii qaz, kanalizasiya, rabitə və elektrik xətlərinə, yol təsərrüfatına ciddi ziyan dəyib, ağaclar aşıb.

Güclü dolu nəticəsində Zaqatala şəhərinin ərazisində, həmçinin Kebeloba və Car kəndlərində evlərin dam örtüyünə, küçədə dayanan avtomobillərə ciddi ziyan dəyib. Şəhər ərazisində bəzi istinad divarları aşıb. Rayonun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində müəyyən fasilələr yaranıb.

Rayon fövqəladə hallar komissiyasının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlər nəticəsində yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda dəymiş ziyanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Şəhərin küçələri, həmçinin magistral və kəndarası avtomobil yolları ağac qırıntılarından təmizlənir.


 

Keçidlər