Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada aztəminatlı ailələrə bayram sovqatı paylanılır

17 mart 2013 | 16:00

Novruz bayramı münasibətilə Zaqatala rayonunda aztəminatlı ailələrə ərzaq bağlamasından ibarət bayram sovqatı paylanılır.
Bayram ərəfəsində rayonun icra strukturlarının məsul nümayəndələri yerlərdə əhalinin aztəminatlı təbəqələri, o cümlədən şəhid ailə üzvləri, müharibə əlilləri, ahıl, tənha və kimsəsiz vətəndaşlarla, məcburi köçkün ailələri ilə görüşür, onların problemləri ilə maraqlanır, gətirdikləri bayram sovqatı ilə belə ailələri sevindirirlər. Bayram sovqatı alanlar əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Ümumiyyətlə, bayram ərəfəsində rayonda 600-dən artıq aztəminatlı ailəyə bayram sovqatı çatdırılacaqdır.

Keçidlər