Şriftin ölçüsü :

Saytın rəngi :

Əlli il birgə ömür sürmüş Əlixanovlar ailəsi Zaqatalada ən nümunəvi ailələrdəndir

15 may 2019 | 16:00

Ailə milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.

Bu fikirlər Beynəlxalq Ailə Günü münasibətilə mayın 15-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyinin, nümunəvi ailələrin, gənclərin iştirak etdiyi tədbirdə cəmiyyətin formalaşması və saflaşmasında ailənin mühüm rolundan bəhs edilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 15 may bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, rifahının daha da yaxşılaşdırılması, milli dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışıb. Ümummilli Liderin ailə məsələləri ilə bağlı siyasəti bu gün də məqsədyönlü şəkildə davam etdirilir.

Tədbirə dəvət olunan Məhəmməd Əlixanov və onun həyat yoldaşı Pirdas Sevelova-Əlixanova 50 ildir ki, birgə ömür sürürlər. 1969-cu il mayın 4-də ailə həyatı quran bu xoşbəxt cütlük Zaqatala rayonunda mehriban, səmimi, işgüzar, nümunəvi ailə kimi tanınır. Onların 8 qızı, 2 oğlu, 26 nəvəsi var. “Qəhrəman ana” fəxri adına layiq görülən Pirdas Əlixanova 42 il mədəniyyət sahəsində çalışıb.

Tədbirdə nümunəvi ailə başçısı Məhəmməd Əlixanov çıxış edərək ailə dəyərlərinin müqəddəsliyindən danışıb, gənc ailələrə tövsiyələrini bildirib.

Rayon icra hakimiyyəti tərəfindən Əlixanovlar ailəsinə hədiyyə təqdim olunub.

Keçidlər