Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci rübdə Zaqatalada ümumi məhsul buraxılışının həcmi 23,2 faiz artıb

06 may 2019 | 16:00

Bu ilin birinci rübündə Zaqatala rayonunda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 76,5 milyon manat olub. Məhsul buraxılışı sənayedə 49,8 faiz, kənd təsərrüfatında 8,1 faiz, nəqliyyatda 4,4 faiz, rabitədə 5,7 faiz artıb. Birinci rübdə rayonda 4 milyon 343 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib. Rüb ərzində 207-si daimi olmaqla, 227 yeni iş yeri açılıb.

Qurumdan bildiriblər ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə Zaqatala rayonunda da davamlı tədbirlər həyata keçirilir. Cari ildə rayonda 649 sahədə tütün əkilməsi proqnozlaşdırılır. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb.

İxrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədilə mövcud fındıq bağlarının sahəsinin iki dəfə artırılması istiqamətində cari ildə də tədbirlər görülür. Belə ki, yaz mövsümündə 255 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 19 min 760 hektara çatdırılıb.

Builki mövsümdə rayonda yaş barama istehsalının ötən illə müqayisədə 12 ton artırılaraq, 60 tona çatdırılması planlaşdırılır.

Keçidlər