Zaqatalada 8 mart-Beynəlxalq Qadınlar günü qeyd olunmuşdur.
07 mart 2013-cü il tarixdə Zaqatala rayonunun “Qala düzü” istirahət mərkəzində 8 mart-Beynəlxalq Qadınlar günü münasibəti ilə güniş bayram tədbiri keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, müxtəlif sahələrdə şalışan, eləcə də veteran qadınlar iştirak etmişlər. İlk öncə tədbirdə Zaqatala qadınlarından bəhs edən film nümayiş etdirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin qadınlarımıza həmişə qayğı və diqqət göstərdiyini, məhz ulu öndər tərəfindən “Azərbaycan qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncam, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalandığını qeyd etmiş, dahi rəhbərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini, son illərdə müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verilməsi, anların orden və medallarla təltif olunması bunu bir daha təsdiq etdiyini xüsusi vurğulamışdır. Daha sonra natiq fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınlarının tarixin bütün dövrlərində səmərəli fəaliyyət göstərdiklərini bildirmiş, başda Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olmaqla bütün respublika qadınlarını təbrik etmiş, Zaqatalanın ictimai-siyasi və mədəni həyatında qadınların fəal rolundan danışmış və onlara bayram arzularını söyləmişdir.
Şən musiqilərlə təşkil edilmiş bayram tədbirində qadınlara həsr olunmuş şerlər söylənilmiş, mahnılar oxunmuş, tamaşalar nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən bütün qadınlara tər güllər, hədiyyələr təqdim olunmuşdur.