Şriftin ölçüsü :

Saytın rəngi :

Yaz mövsümündə Zaqatalada 20 hektarda yeni qızılgül plantasiyası salınıb

23 aprel 2019 | 16:00

Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi Zaqatala rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biridir. Ötən il rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.

Məhdud Məsuliyyətli Cəmiyyətdən  bildiriblər ki, bu il yaz mövsümünün əvvəlində müəssisənin ərazisində 20 hektarda yeni qızılgül plantasiyası salınaraq, cəmiyyətə məxsus plantasiyaların ümumi sahəsi 181 hektara çatdırılıb. Plantasiyaların 144,8 hektarında “Dəməşq qızılgülü”, 36,2 hektarda isə “Lavanda” gülü əkilib. Bundan əlavə, bu il sınaq məqsədilə 0,5 hektar sahədə nanə plantasiyası da salınıb. Nəticə yaxşı olarsa, payızda nanə plantasiyasının sahəsinin 3 hektara çatdırılması nəzərdə tutulur.

2018-ci ildə “AzRose” MMC-nin 64 hektar barverən qızılgül plantasiyasından 120 ton 787 kiloqram qızılgül ləçəyi, 35 hektar “Lavanda” plantasiyasından isə 22 ton 663 kiloqram “Lavanda” gülü yığılıb. Tədarük edilən yaş gül ləçəklərindən 38 litr qızılgül və 290 litr “Lavanda” yağı istehsal edilib.

Keçidlər