Zaqatalada fermerlər üçün təlim keçirilib
Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizlik İnstitutunun mütəxəssisləri tərəfindən Zaqatala rayonunda fermerlərə, torpaq mülkiyyətçilərinə və sahibkarlara fitosanitariya və baytarlıq sahəsində maarifləndirici təlim keçirilib. Təlimdə Zaqatala rayonundan olan fermerlər iştirak edib.
Təlimdə aqrar təsərrüfata yeni təhlükə (qəhvəyi mərmər taxtabiti, yovşanyarpaqlı ambroziya) zərəri, monitorinqi və mübarizə tədbirləri, pestisidlərlə işləyərkən təhlükəsizlik və şəxsi gigiyena qaydaları ilə əlaqədar iştirakçılara məlumat verilib. Həmçinin fermerlərə heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik, infeksion xəstəliklərə qarşı ümumi baytarlıq profilaktika tədbirləri, kənd təsərrüfatı heyvanlarının yem rasionları normaları və onların tətbiqi üsulları ilə əlaqədar da məlumat çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, onlara fitosanitariya və baytarlıq sahəsinə aid təlimat və bukletlər paylanılıb.
Tədbir rayonun bitkiçilik və heyvandarlıq sahələrinə aid istehsal yerlərində praktiki təlimlərlə yekunlaşıb.