Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcəkdir.

09 aprel 2019 | 16:00

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

 Aprel ayının 11-də Zaqatala rayonunun Makov kənd inzibati ərazi nümayəndəliyinin binasında keçiriləcək. Bu kəndə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana bilərlər.

Keçidlər