Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, “Zaqatala rayonu Bazar 2” ASC-də keçirilən monitorinq zamanı qəssab Qurbanov Elvin Eyvaz oğlunun 84 kiloqram çəkidə heyvan cəmdəyini heç bir baytarlıq sənədi, baytarlıq ekspertiza rəyi olmadan satışa çıxardığı aşkarlanıb. Heyvanın cəmdəyinə orqanoleptik baxış keçirilərkən ətdə qaralma, selik və patoloji dəyişiklik müşahidə olunub. Heyvan cəmdəklərindən götürülən nümunələr laborator analizdən keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.