Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Gözbarax sakinləri ilə görüşüb

13 fevral 2019 | 16:00

13.02.2019-cu il tarixdə Gözbarax kənd tam orta məktəbində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 110 nəfər kənd sakini qatılmışdır. Görüşdə iştirak edən kənd sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər. Öz növbəsində rayon rəhbəri ona ünvanlanan təklif və sualları cavablandırmış, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlarını vermişdir. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, digər məsələlərin həlli istiqamətində tapşırıqlar verilmişdir.   

Keçidlər