Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatalada 40 hektarda yeni qoz bağları salınıb

04 fevral 2019 | 16:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meyvəçilik sahəsində görülən işlərə diqqət çəkərək deyib: “Son vaxtlar badam və qoz bağlarının salınması geniş vüsət almışdır. Bu məhsullar da çox gəlirlidir və ixracyönümlüdür. Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət görürəm ki, bu işlə məşğul olsunlar”.

Dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrinin, o cümlədən qərzəkli meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da davamlı iş aparılır.

2018-ci ildə rayonda 40 hektarda yeni qoz bağları salınaraq mövcud bağların sahəsi 521,5 hektara çatdırılıb. Bu bağların 443 hektarı barverəndir. Keçən il qoz bağlarından 783,1 ton məhsul tədarük olunub. Qoz istehsalı əvvəlki illə müqayisədə 48 ton artıb.

Keçidlər