Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatalada 1207 yeni iş yeri açılıb

02 fevral 2019 | 16:00

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 2018-ci ildə Zaqatala rayonunda 1127-si daimi olmaqla, 1207 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 237-si yeni yaradılan, 334-ü fəaliyyəti bərpa edilən müəssisə və təşkilatların, 556-sı isə fiziki şəxslərin payına düşür.

Ümumiyyətlə, üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində son 5 ildə Zaqatala rayonunda 8456-sı daimi olmaqla, 10088 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 1437-si yeni yaradılan müəssisə və təşkilatların payına düşür.

Keçidlər