Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada aqrar sahədə məhsul istehsalı 4 faiz artıb

30 yanvar 2019 | 16:00

Aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 4 milyon 888 min manat və ya 4 faiz artaraq, 127 milyon 752 min manat olub.

2018-ci ildə rayonda 875 ton quru tütün, 48,1 ton yaş barama, 55 ton yaşıl çay yarpağı istehsal olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1647 ton artaraq 15 min 69 tona çatıb.

Ötən il rayonda 9 min 409 ton diri çəkidə ət, 43 min 590 ton süd, 22 milyon 480 min ədəd yumurta, 299 ton yun istehsal edilib. Bütün növ heyvandarlıq məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb.

Keçidlər