Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatalada Məşğulluq Mərkəzi vasitəsilə 523 nəfər işə düzəlib

28 yanvar 2019 | 16:00

2018-ci ildə Zaqatala Rayon Məşğulluq Mərkəzi vasitəsilə 523 nəfər işaxtaran vətəndaş işə düzəlib. Bundan əlavə, 22 nəfər peşə hazırlığı kursuna, 16 nəfər isə ictimai işlərə cəlb edilib. İşə düzələnlərin 196 nəfəri qadın, 131 nəfəri 29 yaşadək olan gənclərdir.

 Ötən il Zaqatala rayonunda 142 nəfər “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib və onlardan 136 nəfəri təlimləri müvəffəqiyyətlə başa vurub. İndiyədək biznes planları müsbət qiymətləndirilmiş 54 nəfər aktiv əmək bazarına cəlb olunaraq özünüməşğulluq imkanlarına yiyələnib. Onlardan 5 nəfərinə arı ailəsi, 43 aztəminatlı ailənin hər birinə yanı balalı südlük mal-qara, 6 ailənin hər birinə isə 20 baş xırdabuynuzlu heyvan təqdim olunub.

Qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə ötən il Mərkəz tərəfindən müxtəlif tədbirlər, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilat rəhbərlərinin, sahibkarların iştirakı ilə işsizlik sığortasına dair maarifləndirici dəyirmi masa keçirilib.

Keçidlər