Zaqatalada cüdo, şahmat və dama üzrə yarışlar keçirilmişdir.
05 mart 2013 | 16:00
5 mart - Bədən Tərbiyəsi və İdman Günü Zaqatala rayonunda da müxtəlif idman tədbirləri ilə qeyd olunmuşdur. Rayon gənclər və idman idarəsinin tədbirlər planına uyğun olaraq martın 5-də Zaqatala Olimpiya İdman Kompleksində yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə rayon birinciliyi keçirilmişdir. Yarışlarda 10 çəki dərəcəsində 250-yə yaxın idmançı mübarizə aparmışdır. Birinciliyin qalibləri idarənin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar. Bir gün əvvəl isə şahmat məktəbində şahmat və dama üzrə yarışlar başlamışdır. Martın 9-dək davam edəcək bu yarışlarda 100-ə yaxın idmançı iştirak edir.