Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın dağ çaylarında sahilbərkitmə işləri aparılır

17 yanvar 2019 | 16:00

Zaqatala rayonunun yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.

Üçüncü Tala və Danaçı kəndlərinin ərazisindəki fındıq bağlarının, həmçinin Qırğıllı yaşayış məntəqəsinin sel sularından qorunması üçün hazırda Talaçay sistemində sahil boyunca torpaq mühafizə bəndlərinin möhkəmləndirilməsi və məcra təmizləmə işləri aparılır. Eyni zamanda, Əliabad qəsəbəsinin və Qımır kəndinin sel sularından mühafizəsi üçün Muxax çayında sahilbərkitmə işləri yerinə yetirilir.

2018-ci ildə Tala, Muxax, Katex, Qanıx və Bəkməz çayların yataqlarında, ümumilikdə, 1 milyon 290 min kubmetr həcmində təmizləmə işləri həyata keçirilib. Bundan əlavə, Suvagil, Əliabad, Qımır, Çobankol, Mamrux, Gözbarax və Yuxarı Çardaxlar yaşayış məntəqələrinin sel sularından qorunması məqsədilə Muxax çayında 2 min 426 kubmetr həcmində daş beton bəndlər təmir edilib, 760 kubmetr qabion bəndlər quraşdırılıb. Aşağı Çardaxlar və Qusur kəndlərinin qorunması üçün Qanıx çayının sahilində torpaq bəndlər qurulub, mühafizə kanalları qazılıb.

Keçidlər