Şriftin ölçüsü :

Saytın rəngi :

Son iki ildə Zaqatala rayonunda 167 hektarda gül plantasiyaları salınıb

15 yanvar 2019 | 16:00

Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Son illər rayonda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Son iki ildə rayon ərazisində 132 hektarda “Dəməşq qızılgülü”, 35 hektarda isə “Lavanda” gülü plantasiyaları salınıb. 2018-ci ildə rayonun Aşağı Tala kəndi ərazisində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə tezliklə öz töhfəsini verəcək.

Hazırda Zaqatalada 192 hektar gül plantasiyası mövcuddur. Cari ildə əlavə olaraq 20 hektarda qızılgül plantasiyasının salınması nəzərdə tutulur. Bu məqsədlə məhdud məsuliyyətli cəmiyyət tərəfindən müvafiq torpaq sahəsi ayrılıb və əkin üçün hazır vəziyyətə gətirilib. Yanvarın sonunda ayrılmış sahəyə 100 min ədəd qızılgül kolu əkiləcək. Bundan əlavə, bu il cəmiyyətə məxsus 3 hektar sahədə nanə plantasiyasının salınması da nəzərdə tutulur.

2018-ci ildə “AzRose” MMC-nin 64 hektar barverən qızılgül plantasiyasından 120 ton 787 kiloqram qızılgül ləçəyi, 35 hektar “Lavanda” plantasiyasından isə 22 ton 663 kiloqram “Lavanda” gülü yığılıb. Tədarük edilən yaş gül ləçəklərindən 38 litr qızılgül və 290 litr “Lavanda” yağı istehsal edilib.

Keçidlər