Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada fındıq istehsalı artıb

05 yanvar 2019 | 16:00

Ötən il Zaqatala rayonunun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton, 2016-cı illə müqayisədə isə 6 min 159 ton artıb. Bağ sahibləri hər hektardan orta hesabla 14,2 sentnerdən çox məhsul götürüblər. 2018-ci ildə rayonun meyvə bağlarından qərzəkli meyvələr də daxil olmaqla, 37 min 205 ton məhsul toplanıb. Meyvə istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton çox olub.

Keçidlər