Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada 13 subartezian və artezian quyusu qazılıb

19 dekabr 2018 | 16:00

Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamının icrası çərçivəsində cari ildə Zaqatala rayonunda 13 subartezian və artezian quyusu qazılaraq istismara tam hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, rayon yerlərində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, 2014-2017-ci illərdə təkcə Zaqatala rayonunda 54, Balakən rayonunda isə 30 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Eyni zamanda, Zaqatala rayonu üzrə 11 min nəfər əhalinin içməli suya tələbatı tam ödənilib. Bu il qazılan quyular istismara verildikdən sonra Zaqatala rayonu üzrə əlavə olaraq 130 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı daha da yaxşılaşacaq.

Keçidlər