Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Zaqatalada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 11 milyon manat ayırıb

29 noyabr 2018 | 16:00

Prezident İlham Əliyev noyabrın 29-da “Zaqatala rayonunun Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

On yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Keçidlər