Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun kəndlərinə qaz xətləri çəkilir

09 fevral 2013 | 16:00

Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Rayon Qaz İstismar Sahəsindən bildirmişlər ki, dağlıq ərazidə yerləşən Car kəndinin qazlaşdırılması üçün bu günlərdə 5 kilometr uzunluğunda daşıyıcı qaz xəttinin çəkilişinə başlanmışdır. Bu xətt vasitəsilə ərazidə yerləşən Axaxdərə və Zilban kəndlərinin də qazlaşdırılması təmin olunacaqdır. Cari ilin sonunadək Car və ətraf kəndlərdə 600-dək abonentə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.
Tezliklə Mazıx və Qəbizdərə kəndləri istiqamətində də 7 kilometr uzunluğunda daşıyıcı qaz xəttinin çəkilişinə başlanacaqdır. İlin sonunadək bu kəndlərdə də 500 abonentə “mavi yanacağın” verilməsi təmin olunacaqdır.
Bundan əlavə, hazırda Əliabad qəsəbəsinin, Mosul, Yengiyan, Maqov, Danaçı və digər kəndlərin qazlaşdırılması istiqamətində də işlər davam etdirilir. 2012-ci ildə bu məqsədlə müxtəlif diametrli borularla 17 kilometr uzunluğunda daşıyıcı qaz xətləri çəkilmişdir. Ötən il rayonda 464 ailə təbii qazla təmin edilmişdir. Ümumiyyətlə, son 3 ildə rayonda təbii qazdan istifadə edənlərin sayı 2 min 557 abonent artaraq 10 min 867 abonentə çatdırılmışdır.

Keçidlər