Şriftin ölçüsü :

Saytın rəngi :

Məşğulluq Mərkəzinin köməyi ilə 9 ayda Zaqatalada 511 nəfər işə düzəlib

02 oktyabr 2018 | 16:00

Bu ilin 9 ayı ərzində Zaqatala Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 511 nəfər işaxtaran vətəndaş işə düzəlib. Bundan əlavə, 22 nəfər peşə hazırlığı kursuna, 11 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Sentyabrda keçirilən sonuncu əmək yarmarkasında 140 nəfər işə düzəlmək üçün göndəriş əldə edib.

Hazırda Mərkəzdə 1316 nəfər işaxtaran kimi qeydiyyatdadır. Doqquz ayda 5 nəfərə işsizlik statusu verilib, 10 nəfərə müavinət təyin edilib.

Qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə ötən müddətdə Mərkəz tərəfindən müxtəlif tədbirlər, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilat rəhbərlərinin, sahibkarların iştirakı ilə işsizlik sığortası ilə bağlı maarifləndirici “dəyirmi masa” keçirilib.

Mərkəzin rəsmisinin məlumatına görə, ötən 9 ayda 142 nəfər “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib və onlardan 106 nəfəri təlimləri başa vurub. Bu ailələr gələcəkdə aktiv əmək bazarına cəlb olunaraq özünüməşğulluq imkanlarına yiyələnəcəklər.

Keçidlər