Beynəlxalq Sülh günü ilə bağlı “Biz Sülhə səs veririk“ mövzusunda tədbir keçirilmişdir.
20 sentyabr 2018 | 16:00
Zaqatala Uşaq və Ailələrə Dəstək mərkəzi 21 sentyabr Beynəlxalq Sülh günü ilə bağlı “Biz Sülhə səsveririk” mövzusunda tədbir keçirmişdır. Tədbirə mərkəzdə qeydiyyatda olan aztəminatlı ailələrin övladları, şəhər 03 saylı uşaq bağçasının uşaqları və Muxax kənd 02 saylı tam orta məktəbin şagirdləri dəvət olunmuşdular. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Cövhərət İbrahimova uşaqları bayram münasibətilə təbrik edərək açıq elan etdi. Tədbirdə mərkəzdə qeydiyyatda olan aztəminatlı uşaqlarla Muxax kənd 02 saylı tam orta məktəbin birgə hazırladığı kompazisiyalara baxış keçirildi, vətənpərvərlik ruhunda şeirlər dinlənildi, rəqs nömrələri göstərildi.