Şriftin ölçüsü :

Saytın rəngi :

Dan Stav: Zaqatalanın çox böyük iqtisadi potensialı və geniş turizm imkanları var

25 iyul 2018 | 16:00

Zaqatalanın çox böyük iqtisadi potensialı və geniş turizm imkanları var. Ümid edirəm ki, bu gözəl şəhərə gələn israilli turistlərin sayı ildən-ilə artacaq. Səfirlik olaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.

Bu sözləri İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində iyulun 25-də Zaqatalada rayon rəhbərliyi ilə görüşü zamanı səsləndirib.

İsrailli diplomat əvvəlcə Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qonağa Zaqatala rayonunun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, 128 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır. Rayonun iqtisadiyyatında tütünçülük, baramaçılıq, meyvəçilik, o cümlədən fındıqçılıq və gülçülük mühüm yer tutur.

Zaqatalaya səfəri çərçivəsində səfir Dan Stav, həmçinin Göyəm kəndində tütün sahəsinə baxıb, Yuxarı Tala kəndində Mövləddin Qurbanəliyevin arıçılıq təsərrüfatında olub, tütün emalı zavodu və gül yağı istehsalı müəssisəsində istehsal prosesi ilə maraqlanıb.

Keçidlər