Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 150 nəfərədək könüllü qan verib

17 iyul 2018 | 16:00

Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq iyulun 17-də Zaqatalada təşkil edilən növbəti qanvermə aksiyasında 150-dək könüllü qan verib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.

Aksiyada rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, müəssisə və təşkilatların nümayəndələri, həmçinin mərkəzi xəstəxananın həkim və tibb işçiləri fəallıq göstəriblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.

Keçidlər