Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın tütün qəbulu məntəqəsinə hər gün 25 tonadək yaşıl tütün kütləsi daxil olur

05 iyul 2018 | 16:00

“Azərtütün” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi iyulun 1-dən fermerlərdən yaşıl tütün yarpağının qəbuluna başlayıb. Beş gün ərzində məntəqəyə Balakən və Zaqatala rayonlarının təsərrüfatlarından 120 tonadək yaşıl tütün kütləsi daxil olub. 

Qeyd edək ki, emal məntəqəsinin kameralarında yalnız “Virciniya” növlü ətirli tütünün qurudulması həyata keçirilir. Yerli tütün sortları isə ipə düzülərək açıq hava şəraitində qurudulur. MMC tərəfindən cari mövsümdə Zaqatala rayonunda 542,4 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib.

Keçidlər