Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb

23 iyun 2018 | 16:00

Dövlət qulluqçularının fəaliyyəti daim cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hərəkəti vətəndaşlar tərəfindən izlənilir. İnsanlar öz gündəlik həyatlarında rastlaşdıqları problemlərin həllində dövlət qulluqçularına böyük ümid bəsləyirlər. Dövlət qulluqçusu da, öz növbəsində, ona bəslənən ümidləri mütləq doğrultmalıdır.

Bu fikir Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə iyunun 23-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolu barədə danışıb. Bildirilib ki, dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. Dövlətin nüfuzu, inkişafı dövlət qulluqçusunun, məmurun fəaliyyəti ilə bilavasitə bağlıdır.

Çıxış edənlər ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini önə çəkib, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıq və müasir yanaşma tərzi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Sonda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Keçidlər