Şriftin ölçüsü :

Saytın rəngi :

UNEC-in Zaqatala filialında konfrans: “İqtisad elminin müasir problemləri”

04 iyun 2018 | 16:00

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “İqtisad elminin müasir problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Zaqatalanın mərkəzində Ümummilli Liderin adını daşıyan parkda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Konfransda UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində sürətli inkişaf yolu keçərək bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də əhəmiyyətli nailiyyətlər qazanıb. Bu uğurlu siyasətin bölgələrdə sənaye və kənd təsərrüfatının inkişafına, ixracyönümlü məhsul istehsalının artımına təkan verdiyini diqqətə çatdıran S.Yaqubov dinamik inkişaf edən iqtisadiyyatın bu sahədə yüksəkixtisaslı kadrlara tələbatı da artırdığını vurğulayıb.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq İsayev regionların inkişafının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bildirib.

Filialın direktoru, professor Orucəli Rzayev “UNEC-in Zaqatala filialının Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin iqtisadi inkişafına təsir perspektivləri”, UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Tədqiqat universitetinə keçid: dünya səviyyəli universitetlərin təcrübəsinin UNEC-də tətbiqi məsələləri” mövzularında məruzə ilə çıxış ediblər.

Respublikamızın 14 ali təhsil müəssisəsindən yüzdən çox elm adamının iştirak etdiyi konfrans işini 4 istiqamət üzrə bölmələrdə davam etdirib.

Keçidlər