Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın zəlzələdən zərər çəkmiş kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir

18 yanvar 2013 | 16:00

Yanvarın 18-də Zaqatala rayonunun Çüdülübinə və Ələsgər kəndlərində ötən ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən yeni məktəb binaları şagirdlərin istifadəsinə verilmişdir. Bu münasibətlə keçirilən mərasimlərdə rayon rəhbərliyi, FHN-nin, podratçı tikinti təşkilatlarının və ictimaiyyətin nümayəndələri, məktəblərin kollektivləri iştirak etmişlər.
Mərasimlərdə kənd ziyalıları və müəllimlər çıxış edərək zəlzələdən zərər çəkmiş əhaliyə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Məktəblərin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar. Müasir standartlara uyğun inşa edilən hər iki məktəb binası 50 şagird yerlikdir. Binalar yeni məktəb mebeli və avadanlıqla da təchiz edilmişdir.

Keçidlər