Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri illər keçdikcə daha dərindən dərk edilir

10 may 2018 | 16:00

10 may 2018-ci il tarixdə Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı fəalları və rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər Parkında ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış olmuş, "XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir.
Məruzədə rayon rəhbəri xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladığını, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd etmişdir. Daha sonra natiq ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təməl üzərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını xüsusi vurğulamışdır.
Konfransda çıxış edən natiqlər həyata müstəqil Azərbaycan dövlətini yaratmaq missiyası ilə gələn ulu öndərimiz bütün həyatını Azərbaycana bəxş etdiyini, xalqımızın xöşbəxt gələcəyi naminə ömrünü xalqına bağışladığını, dövlətçiliyimizin, ölkəmizin iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafında, milli adət-ənənələrinin qorunub saxlanılmasında sonsuz fədakarlıq göstərdiyini qeyd etmişlər. Heydər Əliyev siyasi irsinin zəngin bir xəzinə olduğunu bildirən natiqlər bu xəzinədən xalqımızın məvəvi cəhətdən daim bəhrələnəcəyini və ondan Azərbaycan dövlətinin siyasətində həmişə istifadə olunacağını xüsusi vurğulamışlar. Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin Başçısı Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə vəsiqələr təqdim etmişdir.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər