Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası aparılıb

08 may 2018 | 16:00

Zaqatala rayonunda “ASAN xidmət” və “Sağlam ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz səyyar tibbi aksiyası keçirilib.

Aksiya zamanı rayonun 600-ə yaxın sakini ödənişsiz peşəkar həkim müayinələrindən yararlanıb.

Aksiyanın əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği, o cümlədən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Tibbi müayinə tədbirlərinin Səyyar “ASAN xidmət”in olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

Keçidlər