Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub

28 fevral 2018 | 16:00

Sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən yeddi yüz mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Zamanın çətin sınaqlarından şərəflə çıxan bu partiya hazırda ölkəmizdə böyük siyasi qüvvəyə çevrilib.

Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının yaranmasının 25 illiyi münasibətilə fevralın 28-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Partiyanın rayon təşkilatının sədri Habil Qurbanov tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, yaranmasının 25 illiyini qeyd edən YAP Zaqatala rayon təşkilatının hazırda 7683 nəfər üzvü var. Təşkilat üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olduqca fəal iştirak edirlər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Vəfa Süleymanova, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov və başqaları Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolundan söz açıb, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri, təşkilatın fəal üzvlərinə fəxri fərmanlar təqdim olunub.

Keçidlər