Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun Yuxarı Tala kəndi tam qazlaşdırılmışdır

25 dekabr 2012 | 16:00

24 dekabr 2012-ci il tarixdə Zaqatala rayonunun ən iri yaşayış məntəqələrindən biri olan Yuxarı Tala kəndinin sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il ərəfəsində dəyərli hədiyyə almışlar. Kəndin yuxarı hissəsinin qazlaşdırılması işinin tam başa çatdırılması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə əhalinin təbii qazla təminatınını yaxşılaşdırılması istiqamətində görülən işlərdə danışmışdır.
Məruzəçi qeyd etmişdir ki, Yuxarı Tala kəndinin bir hissəsinə təbii qazın verilməsi hələ 2005-ci ildə təmin olunmuşdur. Kəndin yuxarı hissəsinin (Qırğıllı və Dülüsoba) iki min nəfərə yaxın sakini də “mavi yanacaq”dan istifadə edə biləcəkdir. Bu məqsədlə kəndin daxilində 30 km uzunluğunda orta təzyiqli qaz xətti çəkilmiş, 500 abonentə təbii qazın verilməsi təmin olunmuşdur. Artıq Yuxarı Tala kəndində 1800-dən çox abonent təbii qazdan istifadə edir. Natiq qeyd etmişdir ki, hazırda Zaqatala rayonunda qaz istifadəçilərinin ümumi sayı 11 mini keçmişdir.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz dərin minətdarlıqlarını bildirmişlər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və mənzillərə təbii qaz verilmişdir.
Elə həmin gün Zaqatala şəhərində daxili imkanları hesabına inşa edilmiş yeni ictimai bina xeyir-şər evinin açılış mərasimi keçirilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən şəhər sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində gerçəkləşdirilən belə hədiyyəyə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra binaya baxış keçirilmişdir. Cari ildə Zaqatala şəhərində istifadəyə verilən sayca ikinci xeyir-şər binasıdır. Sahəsi 200 kvm olan ictimai bina bu ərazidə yaşayan 700 nəfərə yaxın sakinə xidmət göstərəcəkdir. Mətbəx və iki zaldan ibarət olan bina zəruri avadanlıqla təchiz edilmişdir.
 

Keçidlər