Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada fındıq istehsalı 4,5 min ton artıb

05 yanvar 2018 | 16:00

Ötən il Zaqatala rayonunun fındıq bağlarından 13 min 421 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2016-cı illə müqayisədə 50 faizdən çox və ya 4 min 511 ton artıb. Bağ sahibləri hər hektardan orta hesabla 14 sentner məhsul götürüblər. 2016-cı ildə isə hektardan orta məhsuldarlıq 9,9 sentner təşkil edib.

 Rayon Statistika İdarəsindən verilən məlumata əsasən Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədi ilə 2017-ci ildə Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilib və 1732 hektar sahədə yeni bağlar salınıb.

Keçidlər