Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın ucqar dağ kəndində yeni məktəb binası istifadəyə verilmişdir.

22 dekabr 2012 | 16:00

21 dekabr 2012-ci iltarixdə Zaqatala rayonunun ən ucqar dağ kəndlərindən biri olan Sabunçuda dövlət vəsaiti hesabına tikilmiş 80 şagird yerlik yeni məktəb binasının açılış mərasimi keçirilmişdir. Tədbirdə Zaqatala RİH-nin başçısı Mübariz əhmədzadə, hüquq-mühafizə orqanları, idarə , müəssisə və təşkilat rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Açılış mərasimində çıxış edən rayon rəhbəri bu əlamətdar gün münasibəti ilə məktəbin kollektivini və kənd ictimaiyyətini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları hal-hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlar davam etdirilir.
Məruzəçi son illərdə respublikaınn hər yeriondə olduğu kimi Zaqatala rayonunda da təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini, yeni məktəb binaları istifadəyə verildiyini, məktəblər kompyuter və texniki vasitələrlə və yeni avadanlıqlarla təchiz edildiyini vurğulamışdır. Natiq qeyd etmişdir ki, təkcə 2012-ci ildə rayonda dövlət vəsaiti hesabına 4 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bundan əlavə cari ilin may ayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı dövlətimizin başçısının xüsusi göstərişinə uyğun olaraq rayonda qəzalı məktəblər üçün 20-dən artıq yeni bina tikilir. Bu məktəblərdən bir neçəsi artıq istifadəyə verilmişdir. Tədbirdə çıxış edən kənd ziyalıları, müəllim və şagirdlər rayonun ucqar dağ kəndində müasir tələblərə cavab verən yeni məktəb binasınını istifadəyə verilməsini Azərbaycan Respublkası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu bildirmiş, bu qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər. Rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış olmuşdur. Məktəb yeni zəruri inventar və avadanlıqlarla da təchiz edilmişdir.
Elə həmin gün rayonun Suvagil kəndində 1 nömrəli uşaq bağçası-körpələr evi əsaslı təmirdən sonra yenidən balaca fidanların istifadəsinə verilmişdir.
 

Keçidlər