Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada quru tütün istehsalı 363 ton artıb

05 dekabr 2017 | 16:00

Respublikamızın ən iri tütünçülük rayonlarından olan Zaqatalada builki mövsümdə 891 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 363 ton və ya 1,7 dəfə artıb. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərib. Belə ki, 2017-ci ildə rayonda tütünçülük sahəsində 2236 nəfər işlə təmin olunub.

Gəlirli və ixrac potensialı yüksək sahələrdən olan tütünçülüyün inkişafına dövlət tərəfindən böyük diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi zaqatalalı fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Rayonun Faldarlı kəndindən olan fermer Məmmədxan Məmmədov bu il ilk dəfə 22 hektar sahədə tütün yetişdirib. Fermer cari mövsümdə emal məntəqəsinə 110 ton yaşıl tütün kütləsi təhvil verib, eyni zamanda, 3,8 ton quru tütün istehsal edib. Mövsüm vaxtı onun təsərrüfatında 30 nəfərədək işçi çalışıb.

Məmmədxan Məmmədov tütünçülüklə yanaşı, kənd təsərrüfatının digər sahələri ilə də məşğul olur. Fermer bu il Dağlı kəndinin ərazisində 25 hektar sahədə qarğıdalı əkib, həmçinin baxımsız vəziyyətdə olan 200 hektar fındıq bağının bərpası üçün zəruri tədbirlər həyata keçirib.

Keçidlər