Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada çoxmənzilli binaların əsaslı təmirinə başlanılıb

29 oktyabr 2017 | 16:00

Zaqatala şəhərinin Natiq Məmmədov, Çingiz Mustafayev və Vasif Qurbanov küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb.

Binaların təmiri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə ayrılan vəsait hesabına həyata keçirilir. Bu işlərə binaların dam örtüklərinin dəyişdirilməsi, fasad hissələrinin, blok və pilləkənlərin təmiri daxildir.

Xatırladaq ki, Prezidentin Sərəncamına əsasən, Zaqatala şəhərində 20 çoxmənzilli binada əsaslı təmir aparılması nəzərdə tutulur.

Keçidlər