Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda Milli Qəhrəmanın ailəsinə fərdi yaşayış evi verilib

10 noyabr 2017 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun ailəsinə Zaqatala rayonunun Dağlı kəndində tikilən müasir tələblərə uyğun fərdi yaşayış evi təqdim edib.

Yaşayış evinin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 5 min 560 nəfər imtiyazlı şəxs mənzillə təmin edilib, onlardan 5,1 min nəfəri Qarabağ müharibəsi əlili və şəhid ailəsi, qalanları İkinci Dünya müharibəsi, eləcə də Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir.

Hazırda həmin təbəqələrdən olan vətəndaşlar üçün ölkəmizin rayon və şəhərlərində fərdi və çoxmənzilli evlərin tikintisi, yeni inşa edilmiş binalardan mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.

Tədbirdə dövlətçiliyimiz uğrunda böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Natiq Məmmədovun həyat və döyüş yolunun əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanıb.

Yeni mənzillə təmin olunan ailənin üzvləri müasir tələblər səviyyəsində tikilmiş yeni yaşayış evi ilə təmin olunduqlarına görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər