UNEC-in tələbələrinin Zaqatalanın turizm bölgələrinə səfəri maraqlı anlarla yadda qalıb
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Dünya Turizm Günü qeyd olunub.
Turizm və otelçilik ixtisasında təhsil alan birinci kurs tələbələri “Birgünlük turist” şüarı ilə Zaqatalanın turizm bölgələrinə səfər ediblər.
Qədim Alban kilsəsindən başlayan gəzinti, Zaqatala Dövlət Təbiət Qoruğu, Car kəndi ərazisindəki Çingizqala ilə tanışlıqla davam edib. Zaqatalanın turizmin müxtəlif növlərinin inkişafı üçün geniş potensiala malik olduğu qeyd edilib, “birgünlük turist”lərə buradakı tarixi abidələr barədə ətraflı məlumat verilib. Rayonun müxtəlif dövrlərə aid 108 tarixi və memarlıq abidəsi ilə zəngin olduğu diqqətə çatdırılıb. Dövlət Təbiət Qoruğunun Cənubi Qafqazda yerli flora və faunanı qorumaq üçün qurulan ilk qoruqlardan olduğu xüsusi vurğulanıb.