Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalanın fındıq bağlarından 9 min tonadək məhsul gözlənilir

21 avqust 2017 | 16:00

Zaqatala rayonunun fındıq bağlarında tezyetişən fındıq sortlarının yığımına başlanılıb. Mütəxəssislərin rəyinə görə, bu il bağlardan 9 min tona yaxın fındıq məhsulu gözlənilir.

Fındıqçılıq rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.

Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2017-ci ilin yazında rayon ərazisində 3 min 158 hektar sahədə yeni fındıq bağları salınıb. Uçotdan kənarda qalan və yeni qeydiyyata alınan 4 min 284 hektar bağlar da nəzərə alınmaqla, hazırda Zaqatala rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 17 min 17 hektardır. Bu bağların 9 min hektardan çoxu barverəndir.

2016-cı ildə rayonun emal müəssisələri tərəfindən 91,1 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ilin birinci yarısında isə fındıq ixracının həcmi 30,8 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 faiz çoxdur.

Xatırladaq ki, keçən il rayonda 8 min 910 ton fındıq istehsal olunub.

Keçidlər