Şriftin ölçüsü :

Saytın rəngi :

TOP oyun festivalının növbəti ünvanı Zaqatala şəhəri olmuşdur

12 oktyabr 2012 | 15:00

Milli Olimpiya Komitəsinin həyata keçirdiyi “Təhsil və təşviq üçün idman” layihəsi çərçivəsində növbəti TOP oyun festivalı oktyabrın 11-də Zaqatala Olimpiya İdman Kompleksində keçirilmişdir. Festivalda Milli Olimpiya Komitəsinin nümayəndəsi Vaqif Əliyev layihənin məqsəd və vəzifələri barədə danışmışdır. Qeyd olunmuşdur ki, TOP oyun festivalı Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyinə həsr olunur. Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi yerlərdə uşaq və yeniyetmələrin, habelə gənc qızların bədən tərbiyəsi və idmanla kütləvi şəkildə məşğul olmalarını təmin etmək, bu sahədə çalışan müəllim və idman mütəxəssislərinin bilik və bacarıqlarını artırmaqdır. Çıxış edənlər yerlərdə idmanın kütləviliyinin təmin olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Oyun festivalında 6 komanda iştirak etmişdir. Maraqlı və gərgin keçən yarışlarda Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin “Simurq” komandası daha uğurlu çıxış edərək oyunların qalibi adını qazanmışdır.
Qalib komanda Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə təltif olunmuşdur. Festivalın digər iştirakçılarına da hədiyyələr verilmişdir.
 

Keçidlər