Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 4,4 milyon manat ayrılıb

06 iyun 2017 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da “Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılıb.

Keçidlər