Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır

18 may 2017 | 16:00

Zaqatala rayonunun çay plantasiyalarında bir neçə gündür ki, yaşıl çay yığımına başlanılıb. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus plantasiyalardan indiyədək 8 tona yaxın yaşıl çay yarpağı tədarük edilib. Hazırda müəssisənin 18 hektara yaxın məhsuldar çay plantasiyası var. Plantasiyalara qulluq və çay yığımı ilə əlaqədar 30 fermerlə müqavilə bağlanılıb. Müəssisənin çay fabrikində isə 10 nəfər işçi çalışır. Müəssisə rəhbərinin bildirdiyinə görə, bu il havaların rütubətli keçməsi çayçılıq üçün çox əlverişlidir. Məhsuldarlıq ötən illə müqayisədə artıb. Ümumiyyətlə, cari mövsümdə cəmiyyətə məxsus plantasiyalardan 30 ton yaşıl çay yarpağının yığılması gözlənilir. Müəssisədə, eyni zamanda, indiyədək 1 ton quru çay emal olunub. Mövsümün sonunadək quru çay istehsalının 6 tona çatdırılması nəzərdə tutulur. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazara çıxarılır. Quru çayın bir kiloqramının satış qiyməti keyfiyyətindən asılı olaraq 10-30 manat arasında dəyişir.

Keçidlər