Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

29 aprel 2017 | 16:00

Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsil həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olub. Bu fikirlər görkəmli alimin anadan olmasının 94-cü ildönümü münasibətilə Zaqatala şəhərindəki Zərifə Əliyeva adına liseydə keçirilən “Milyonların nurunda əbədiyaşar alim” mövzusunda elmi-praktiki konfransda səsləndirilib. Tədbirə dəvət olunan qonaqlar əvvəlcə foyedə lisey şagirdlərinin akademik Zərifə Əliyevaya və ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar. Rayonun ziyalı qadınlarının, təhsil və tibb işçilərinin iştirak etdiyi tədbirin əvvəlində görkəmli oftalmoloq-alimin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Zərifə Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. O, yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Təbiətin bəxş etdiyi keyfiyyətlər, uzun illər boyu yorulmaq bilmədən çalışmaq əzmi Zərifə xanımı harmonik şəxsiyyətə çevirib. O, insanlarla ünsiyyət qurmağı, hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım insanın mənəvi keyfiyyətlərinə yüksək qiymət verir, ünsiyyətdə olduğu hər bir kəsin qayğıları ilə maraqlanırdı.
Çıxışlarda vurğulanıb ki, işıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb.
Tədbir incəsənət məktəbi kollektivinin hazırladığı bədii proqramla başa çatıb.

Keçidlər