Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada NGN texnologiyaları əsasında 23 elektron ATS quraşdırılacaq

18 yanvar 2017 | 16:00

Əhaliyə müasir multimedia xidmətlərinin göstərilməsi və internet istifadəçilərinin sayının artırılması məqsədi ilə Zaqatala rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində son iki ildə ən müasir NGN texnologiyaları əsasında işləyən 16 yeni elektron tipli ATS quraşdırılaraq istismara verilib. Bu istiqamətdə işlərin 2017-ci ildə də davam etdirilməsi, qovşağın xidməti ərazisində daha 23 ədəd müasir ATS-in quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə qovşaq tərəfindən artıq layihələndirmə işlərinə də başlanılıb.

Yeni stansiyaların quraşdırılması “Aztelekom” MMC tərəfindən həyata keçirilən “Multimedia xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq reallaşdırılır. Onun sözlərinə görə, NGN texnologiyaları əsasında quraşdırılan ATS-lər bir çox üstünlüklərə malikdir. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə etibarlı telefon rabitəsi ilə yanaşı, ən müasir multimedia xidmətləri, yüksəksürətli internet, həmçinin çoxlu sayda servis xidmətləri təqdim edir.

Hazırda qovşaq üzrə telefon istifadəçilərinin ümumi sayı 22 min 939 abonent təşkil edir. Abonentlərin 5 min 500 nəfəri NGN texnologiyaları əsasında işləyən ATS-lərin xidmətindən yararlanır. Qovşaq üzrə internet istifadəçilərinin ümumi sayı isə 11 min 42 abonentdir.

Keçidlər