Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri azsaylı xalqların şeir, mahnı və rəqslərindən ibarət konsert proqramı ilə çıxış ediblər

26 dekabr 2016 | 16:00

Əsrlər boyu Azərbaycan xalqı tolerantlıq ənənələrinə, başqa dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıb. Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqların vahid ideyasına çevrilib.

Bu fikirlər “Multikulturalizm ili” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Zaqatala nümayəndəliyi və Üçüncü Tala kənd tam orta məktəbi kollektivinin birgə hazırladıqları “Biz Azərbaycanlıyıq” adlı tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Mövzu ilə bağlı çıxış edən Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova və kənd məktəbinin direktoru Alimə Qurbanova multikulturalizmin ölkəmizdə həyat tərzinə çevrildiyini, Azərbaycanda müxtəlif millətlərin, din nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını, onlara öz milli mədəniyyətlərini, adət-ənənələrini sərbəst şəkildə nümayiş etdirmək üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Multikultural dəyərlərin, ənənələrin qorunub saxlandığı Zaqatala rayonunda da qədim zamanlardan müxtəlif xalqların nümayəndələri mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər.

Məktəblilərin ifasında rayonda yaşayan azsaylı xalqların şeir, mahnı və rəqslərindən ibarət konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Keçidlər