Zaqatala Xalq Teatrının uşaqlara Yeni il hədiyyəsi
Zaqatala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının kollektivi Yeni il münasibətilə uşaqlar üçün maraqlı bayram proqramı hazırlayıb. Uşaqlar əvvəlcə Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesinin motivləri əsasında səhnələşdirilən tamaşaya baxacaq, sonra Şaxta baba və Qar qızla birlikdə şənlənəcək, rəqs edəcəklər.
Dekabrın 27-də Mədəniyyət Mərkəzində Xalq Teatrının hazırladığı yeni tamaşaya və bayram proqramına ictimai baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar Mədəniyyət İşçisi Bayram Qurbanovdur. İlk tamaşada rayonun uşaq bağçalarının fidanları da iştirak ediblər. Yanvarın 1-dən isə məktəb uşaqları da bayram şənliklərinin iştirakçısı olacaqlar.
Mədəniyyət Mərkəzində Yeni il şənlikləri yanvarın 5-dək davam edəcək.