Şriftin ölçüsü :

Saytın rəngi :

Son on ildə Zaqatalada aqrar sahədə məhsul istehsalı 2,7 dəfə artıb

06 noyabr 2016 | 16:00

Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə əlaqədar imzaladığı sərəncamlar Zaqatala rayonunda da bu sektorun inkişafına güclü təkan verib.

Belə ki, son 10 ildə Zaqatala rayonunda aqrar sahədə ümumi məhsul istehsalının həcmi 2,7 dəfə artıb. O cümlədən ötən müddətdə rayonda taxıl istehsalı 54 faiz, kartof istehsalı 50 faiz, meyvə və tərəvəz istehsalı 21 faiz, bostan məhsullarının istehsalı 14 faiz yüksəlib.

Rayonda heyvandarlıq sahəsi də dinamik inkişaf edib. 2005-ci illə müqayisədə mal-qaranın baş sayı 6,8 faiz, xırdabuynuzlu heyvanların sayı 4,6 faiz, həmçinin ət istehsalı 30 faiz, süd istehsalı 17 faiz, yumurta istehsalı isə 64 faiz artıb, arı ailələrinin sayı 21 minə çatıb.

Hazırda rayon əhalisinin buğdaya olan tələbatının 67,5 faizi yerli istehsal hesabına ödənilir. Bu göstərici ətlə təminatda 100 faiz, süddə 167 faiz, yumurtada isə 98 faiz təşkil edir.

Rayonda istehsal olunan tərəvəz və bostan məhsulları daxili tələbatdan 2,2 dəfə, meyvə və giləmeyvə isə 5,4 dəfə çoxdur.

Keçidlər