Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc mədəniyyət işçiləri arasında növbəti debatlar

17 oktyabr 2016 | 16:00

Zaqataladakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri arasında növbəti debatlar təşkil olunub.

Tədbirdə Zaqatala, Qax və Balakən rayonlarının gənc mədəniyyət işçiləri iştirak edib. Debatın əsasən “Mənim peşəkar mədəniyyət işçisi olmağıma mane olan səbəblər” mövzusunda müzakirələr aparılıb.

Tədbiri açan rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva iştirakçıları salamlayaraq mədəniyyət sahəsində rayonda görülən işlər barədə məlumat verib və daha böyük uğurlara nail olunmasında gənclərin rolunu qeyd edib.

Ölkəmizdə aparılan mədəniyyət siyasətinin xüsusiyyətlərini və strateji prioritetlərini bildirən mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət işçilərinin peşəkarlıq dərəcəsinin artırılmasının zəruriliyini vurğulayıb.

Debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdıqları çətinlikləri qeyd edib və onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildiriblər.

Keçidlər